Bu gün bütün dünyada “iPhone 15” seriyasının, eləcə də “Apple Watch Series 9”, “Apple Watch Ultra 2” və USB-C korpuslu “AirPods Pro”nun satışına başlanılacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avropada yeni cihazların satışı yerli vaxtla səhər saat 8-dən başlayıb.
Yeni cihazları əvvəlcədən sifariş edən müştərilər dünəndən etibarən onları almağa başlayıblar. Keçən illə müqayisədə bu il əvvəlcədən sifariş verənlər 10-12 faiz çox olub.
Məlumata görə, ən çox maraq “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləridir. Onları Apple onlayn mağazasından sifariş edənlər oktyabrın sonuna, hətta noyabra qədər gözləməli olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə