Yeni "Apple" cihazlarının satışı başladı

22 Sentyabr 2023 23:45 (UTC+04:00)

Bu gün bütün dünyada “iPhone 15” seriyasının, eləcə də “Apple Watch Series 9”, “Apple Watch Ultra 2” və USB-C korpuslu “AirPods Pro”nun satışına başlanılacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Avropada yeni cihazların satışı yerli vaxtla səhər saat 8-dən başlayıb.

Yeni cihazları əvvəlcədən sifariş edən müştərilər dünəndən etibarən onları almağa başlayıblar. Keçən illə müqayisədə bu il əvvəlcədən sifariş verənlər 10-12 faiz çox olub.

Məlumata görə, ən çox maraq “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləridir. Onları Apple onlayn mağazasından sifariş edənlər oktyabrın sonuna, hətta noyabra qədər gözləməli olacaqlar.