Superliqa klubunda yeni baş məşqçi

Türkiyənin “İstanbulspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Super Liqa təmsilçisini bundan sonra Fatih Tekke çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Tekke bu posda ötən gün istefa vermiş Osman Zeki Korkmazı əvəz edib. Bu mövsüm yenidən Super Liqada mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi, geridə qalan 10 oyunda cəmi 8 xal toplayıb və 19 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə