"Bütün şans bizdə idi" - MİLLİNİN BAŞ MƏŞQÇİSİ AÇIQLADI

"Mən əminəm ki, bu gün çox keyfiyyətli oyun nümayiş etdirdik. Lakin oyuna real baxsaq bəzi boşluqlar var idi". SİA xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Cianni De Byazi Bakıda Azərbaycana-Qazaxıstan matçından sonra keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi bildirib ki, matçın 2-ci hissəsində bütün komandamdan razı qaldım: "Bu gün müəyyən qərarlar aldım. Oyunda bəzi maraqlı hadisə baş verdi. Matç zamanı bizim idmançımız yıxıldı. Rəqib komandanın azərkeşləri buna güldü. Lakin bizim azərkeşlər onu alqışladılar. Mən özümdə onu ayaqüstə alqışladım.

Düşünürəm ki, azərkeşlərimiz hər zaman idmançılarımıza belə dəstək olsunlar. Matçın ilk dəqiqələrində şans yarada bilməsəkdə, oyun davam etdikcə bütün şans bizdə idi. Qazaxıstan komandasının idmançıları bütün güclərini meydançada qoyurlar".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə