"Lids Yunayted" dən daha bir transfer

“Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə klub “Mançester Yunayted”dən Daniel Ceymsi heyətinə qatıb. Ceymslə 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. “Lids” bu keçidə görə “Mançester Yunayted”ə 25 milyon funt-sterlinq ödəyib. "Uels" milli komandasının da üzvü olan Daniel Ceyms 2019-cu ilin yayından “Mançester Yunayted”də idi. O, bu komandanın heyətində meydana çıxdığı 74 matçda 9 qolla yadda qalıb. 23 yaşlı vinger daha öncə “Suonsi Siti” və “Şrusberi Taun” klublarının da formasını geyinib. Millidə 24 matça çıxan futbolçu, 4 qol vurub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə