"Fatih Karagümrük" gənc qapıçını transfer edib

Super Liqa komandası "Fatih Karagümrük", "Beşiktaş"ın gənc qapıçısı Utku Yuvakuranı transfer edib. Transfer əməliyyatı "Fatih Karagümrük"də davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Fatih Karagümrük" klubunun transfer ilə əlaqədar etdiyi şərhdə, "2 Noyabr 1997-ci ildə anadan olan Utku, futbol həyatına "Pendikspor" akademiyasında başladı və 2014-cü ildə "Beylerbeyispor" da peşakar oldu, 2017-ci ildə "Beşiktaş"a transfer oldu. U-19 və U-20 yaş kateqoriyalarında Türkiyə milli komandasının formasını geyindi. Klubumuzun Prezidenti Süleyman Hurma və İdman Direktorumuz Murat Akın tərəfindən müqavilə imzalanan "Karagümrük" forması altında Utku Yuvakurana uğurlar diləyirik".

Digər tərəfdən Beşiktaş transferi belə açıqladı: "Peşəkar futbolçularımızdan olan Utku Yuvakuran, 2021-22 mövsümünün sonuna qədər müvəqqəti olaraq "Fatih Karagümrük"ə transfer olunub. Utku Yuvakurana yeni klubunda uğurlar diləyirik və hörmətlə ictimaiyyətə təqdim edirik".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...