Radja Nainggolandan "Beşiktaş"a pis xəbər gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Beşiktaş" və "Kalyari"nin təkliflərini rədd edən 33 yaşlı ulduz Royal Antwerp ilə müqavilə imzalayacaq.

Xatırladaq ki, Nainggolan 2018-ci ildə 38 milyon avro qarşılığında "Roma"-dan "İnter"-ə keçib. Belçikalı ulduz ötən mövsüm icarə əsasında oynadığı "Kalyari"də keçirdiyi 27 oyunda cəmi 1 qol vurub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə