UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Hollandiyanın PSV Eindhoven komandası ilə qarşılaşan Qalatasaray, 5-1 məğlub olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu görüşdə ilk qoldan sonra Götzenin vurduğu qolda səhv edən Fernando Musleranın performansı tənqid mövzusu olub. Qalatasaray, tur şansı möcüzələrə qalıb.

Soyunma otağında komanda yoldaşlarının böyük dəstəyi ilə qarşılaşan Fernando Muslera göz yaşlarını saxlaya bilməyərək ağlayıb. Fatih Terim də komanda yoldaşları tərəfindən dəstəklənən Fernando Muslera ilə maraqlanıb. Matçdan sonra Fatih Terim Fernando Musleranı sakitləşdirib və bir müddət Uruqvaylı qapıçıya ruh yüksəkliyi verib.Bu gün sosial mediada bir açıqlama verən Muslera, bunları deyib: "Dünən mənim üçün heç bir şeyin düz getmədiyi çox çətin bir gün idi. Ancaq həmişə olduğu kimi daha da irəliləməyə və hər şeyə hazır olmağa davam edəcəyəm.

Tərəfdarlarımıza, məşqçim Fatih Terimə və komanda yoldaşlarım məni dəstəklədi. Komanda yoldaşlarıma, klub işçilərinə və Qalatasarayın böyük ailəsinə təşəkkür edirəm. Bu, mənim və ailəm üçün böyük bir işdir”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə