Futbolçu İtalyan komandasına yox dedi

"Qalatasaray"ın transfer etmək istədiyi Berkan Kutlu, “Sasuolo”dan təklif alıb, lakin gənc oyunçu sarı-qırmızı komandanın təklifinə müsbət baxaraq, İtaliya komandasının təklifini rədd edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Qalatasaray”, “Alanyaspor”un ulduzu Berkan Kutlu üçün 2,5 milyon avro təklif edib. İtaliya komandası “Sassuolo”da ulduz oyunçu üçün klubuna və oyunçuya transfer təklifi etsələr də, oyunçu transfer təklifini rədd edib. 23 yaşlı futbolçunun sarı-qırmızılı komanda da oynamaq istədiyi və “Alanyaspor” rəhbərliyinin də “Qalatasaray”ın təklifinə müsbət yanaşdığı qeyd edilib. İki klubun rəsmilərinin önümüzdəki günlərdə bir araya gələrək bu transferlə bağlı son müzakirələri aparacağı öyrənilib. Bu zirvədən sonra Berkan “Qalatasaray”a imza ata bilər.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə