Qedson Fernandes üçün "Lille" iddiası

Son Fransa çempionu "Lille" yarımmüdafiəçi Soumareyi "Lester"ə satıb. Renato Sançes üçün də təklif alan “Lille”, Qedson Fernadesi bu bölgəni gücləndirmək üçün siyahıya əlavə etdiyi iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Benfika” Joao Mario transferindən sonra Qedsonu yenidən icarəyə göndərmək istəyir. Sarı-qırmızılılar bu xəbərdən sonra yenidən hərəkətə keçib. Fatih Terimin Portuqaliya komandasının rəhbəri vəzifəsinə təyin olunmuş keçmiş tələbəsi Rui Kosta ilə şəxsən görüşəcəyi öyrənilib. Ancaq “Qalatasaray”dan fərqli olaraq, “Lille” icarə olaraq deyil, onun birdəfəlik transfer hüququnu almaq istəyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə