Konstitusiya gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. SİA-nın məlumatına görə, yarış Azərbaycan Dövlət Tibb Universitetinin idman zalında baş tutub. Yarışda 1999-cu il və daha azyaşlı oğlan və qızlar mübarizə aparıblar.
Birincilikdə Bakı, Sumqayıt, Gədəbəy, Şəki, Şabran, Qaxdan 29 oğlan və 22 qız iştirak edib.
Şəxsi növ üzrə keçirilən turnirdə oğlanların mübarizəsində Şirxan Alızadə birinci, Yusif Qafarlı ikinci, Mətin Həsənzadə isə üçüncü olublar.
Qızların yarışında Dinarə Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Əhmədova gümüş, Nəzakət Qarayeva isə bürünc medal qazanıb.
İlk üç yeri tutmuş idmançılar Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB