“Barselona” darmadağın etdi

İspaniya kubokunun 3-cü tur revanş matçında "Barselona" öz meydanında "Keuta"nı 5:1 hesabıyla məğlub edərək növbəti tura yüksəldi. SİA-nın məlumatına görə, zəif rəqib qarşısında meydana güclü heyətlə çıxan Kataloniya klubu qarşılaşmadan qalib ayrılıb. Matça sürətli hücumlarla başlayan "Barselona" Nolitonun qolu ilə 3-cü dəqiqədə önə keçib. Bu qoldan 4 dəqiqə sonra Milito komandasının 2-ci qolunu vurub. 35-ci dəqiqədə isə rəqib Quzmanla fərqlənib. İlk hissə "Barselona"nn 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Rəqibi qarşısında rahat bir oyun sərgiləyən katalonlar ikinci hissədə daha 3 qol vuraraq meydandan qalib ayrılıb və növbəti tura vəsiqə qazanıb.

İspaniya Kubokunun oyunlarının nəticələri:

"Atletik Bilbao" - "Alkoron" 2:0

"Almeriya" - "Real Sosyedad" 2:1

"Deportivo La Karuna" - "Osasuna" 2:1

"Levante" - "Xerez" 1:2

"Villareal" - "Poli Ejido" 2:0

"Sevilya" - "Real Yunion" 6:1

Bütün xəbərlər Facebook səhifəmizdə