Ərəb Şeyxlərinin yeni transfer hədəfi bəlli oldu. Siasport.az saytı xəbər verir ki, İngiltərənin "Mançester Siti" futbol klubunun transfer hədəfində İtaliyanın "Milan" futbol klubunun İsveçrəli ulduz futolçusu Zlatan İbrahimoviç dayanır. Avropa Liqası çərçivəsində Kiyev "Dinamo"su ilə keçirilən qarşılaşmada komandasının məğlubiyyətinə yol açan, təim-məşq toplanışlarında özünü daima intizamsız apararaq italyan baş məşqçi Roberto Mançininin də gözündən düşən Mario Balotellinin əvəzinə Z.İbrahimoviç ingilis klubuna keçmək üçün bir nömrəli namizəddir. Hərçənd ki, "Milan" da onu səxavətlə ingilislərə bağışlamaq fikrində deyil. Bu məsələdə səxavət kisəsini "Mançester Siti"nin ərəb sahibləri açmalı olacaqlar. Amma pul kisəsi o qədər geniş açılmalıdır ki, "Milan"ın sahibi olan İtaliyanın Baş naziri Silvia Berluskoni də Z.İbrahimoviçi transfer etməyə razı olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB