Derbini kim idarə edəcək?
Azərbaycan Premyer Liqasının XXIV turunun bu gün keçiriləcək oyunlarına hakim təyinatları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqası bu günün bütün oyunlarının hakimlərini açıqlasa da, derbi matçının - \"Xəzər Lənkərən\"-\"Neftçi\" oyunun hakimlərini hələ ki, açıqlamır.

Fanat İdman Agentliyi isə matçı kimin idarə edəcəyi barədə analiz apararaq təxmini versiya irəli sürüb: \"Belə ki, bu oyuna təyinat ala biləcək hakimlərdən Vüsal Əliyev dünən keçirilən \"Muğan\" - \"Qəbələ\" oyununda dördüncü hakim olub və bu gün təyinat almayacaq. Anar Salmanov \"Qarabağ\" - AZAL, Əfqan Həmzəyev \"Turan\" - MOİK oyununun əsas, Rövşən Əhmədov dördüncü hakimi olub. Elçin Məmmədov isə \"İnter\" - \"Bakı\" görüşünə təyinat alıb. Geriyə bir isim qalır - Fariz Yusifov. Deməli derbini məhz bu FİFA referisi idarə edəcək\".


18 mart (cümə)


"Gəncə" – "Simurq"

Hakimlər: Elnur Muradov, Mübariz Haşımov, İsgəndər Əliyev, Fuad Həsənov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu. Saat 14:00


"İnter" – "Bakı"

Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Mehman Mahmudov, Ceyhun Haşımov

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Şəfa" stadionu. Saat 16:00


"Qarabağ" – AZAL

Hakimlər: Anar Salmanov, Elşən Acalov, İlham Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00 (canlı, \"İdman Azərbaycan\")


"Turan" – MOİK

Hakimlər: Əfqan Həmzəyev, Azad Q. Hüseynov, Aleksandr Musatkin, Rövşən Əhmədov

AFFA nümayəndəsi: Ramiz Əliyev

Hakim-inspektor: Qurban Məmmədov

Tovuz şəhər stadionu. Saat 14:00

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com