“Prezident Kuboku”nda kayak və kanoeçilərin yarışında favoritlər qalib gəldi
Mingəçevirdə keçirilən avarçəkmə üzrə "Prezident Kuboku"nda kayak və kanoeçilərin mübarizəsində yalnız Azərbaycanın kişi və qadın idmançıları mübarizə aparıblar. Siasport.az saytı xəbər verir ki, kişilər 1 nəfərlik və 2 nəfərlik, qadınlar isə 1 nəfərlik qayıqlarla 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılıblar.
Qadın kayakçıların mübarizəsində Natalya Fikilisova 1 nəfərlik
qayıqla hər 3 məsafəni birinci pillədə tamamlayıb. Kişi kayakçıların yarışında
Mirnazim Cavadov 500 metr və 200 metr, Rüfət Vəlizadə isə 1000 metr məsafəyə
yürüşdə hamıdan birinci olub. 2 nəfərlik qayıqla hər 3 məsafəyə yürüşlərdə isə
Yasin Əhmədov-Amil Hüseynli dueti qızıl medal qazanıb.
Kanoeçilərin mübarizəsi isə daha gərgin şəraitdə keçib. 1000 metr məsafəyə
2 nəfərlik qayıqla yürüşdə Avropa çempionları Sergey Bezuqlıy və Maksim
Prokopenkodan ibarət duet fərqlənib. 1 nəfərlik qayıqla 500 metr məsafəyə
yürüşdə Andrey Kraytor, 200 metr məsafəyə yürüşdə isə Avropa və dünya çempionu
Valentin Demyanenko birinci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB