Finalçıların adları məlum olub

Finalçıların adları məlum olub

Bakı İdman Sarayında keçirilən boks üzrə "Böyük İpək Yolu" turnirində finalçıların adları məlum olub. Siasport.az saytı xəbər verir ki, Azərbaycan boksçularından 9-u həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib. Maraqlıdır ki, onlardan yalnız dördü böyüklərdən ibarət milli komandamızın üzvləridir. Digər idmançılar isə gənc və perespektivli boksçular kimi yarışa buraxılmışdılar. Üç çəki dərəcəsində 60 kq, 75 kq, +91kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar. Milli komandamızdan sonra finalda ən çox boksçu ilə təmsil olunan ölkə Qazaxıstandır - 5. Emil Əhmədovun ardınca, daha bir gənc idmançımız - Ramil Əliyev sensasiyaya imza atib. Həmyerlimiz yarımfinalda rusiyalı dünya və Avropa çempionu Yeqor Mexontsevi (81 kq) məğlub edib. 52 kq çəki dərəcəsində finalda indiyədək böyüklər arasında yarışlarda iştirak etməmiş 2 gənc boksçumuz – Ramal Yusifzadə və Tural Əhmədov üz-üzə gələcək. Bundan başqa, 81 kq çəki dərəcəsində də həlledici qarşılaşmaya 2 həmyerlimiz – Ramil Əliyev və Vətən Hüseynli vəsiqə qazanıb.

49 kq

1. Kamran Məlikov (Azərbaycan) 1:7 Elvin Məmişzadə (Azərbaycan)

2. Salman Əlizadə (Azərbaycan) 0:7 Fərhad Pəhləvan (Türkiyə)

52 kq

3. Şəhriyar İsakov (Özbəkistan) 2:5 Ramal Yusifzadə (Azərbaycan)

4. Jasurbek Latipov (Özbəkistan) 0:5 Tural Əhmədov (Azərbaycan)

56 kq

5. Rəhim Nəcəfov (Azərbaycan) 5:3 Ənvər Yunusov (Tacikistan)

6. Madi Şulakov (Qazaxıstan) 5::2 Vislan Dalxayev (Rusiya)

60 kq

7. İlqar Vaqanov (Rusiya) 3:6 Nike İzoriya (Gürcüstan)

8. Ruslan Qasımov (Azərbaycan) 1:1 Qani Jaylaulov (Qazaxıstan) qələbə Jaylaulova verilib

64 kq

9. Anar Cəfərov (Azərbaycan) 10:3 Coşğun Əliyev (Azərbaycan)

10. Kəmaladdin Əhmədov (Özbəkistan) 0:5 Almasbek Alimbekov (Qazaxıstan)

69 kq

11. Xurşid Normatov (Özbəkistan) 1:3 Baxitjan Kojabekov (Qazaxıstan)

12. Sadiq Eynullayev 1:5 Emil Əhmədov (Azərbaycan)

75 kq

13. Danabek Sujanov (Qazaxıstan) 2:0 Jaba Xosidaşvili (Gürcüstan)

14. Dmitri Bivol (Rusiya) 6:2 Qamzat Qazəliyev (Rusiya)

81 kq

15. Vətən Hüseynli (Azərbaycan) 5:4 Avni Yıldırım (Türkiyə)

16. Ramil Əliyev (Azərbaycan) 8:3 Yeqor Mexontsev (Rusiya)

91 kq

17. Teymur Məmmədov (Azərbaycan) 8:3 Reza Moradxani (İran)

18. Artur Beterbiyev (Rusiya) 3:0 Vasili Levit (Qazaxıstan)

+91kq

19. Elçin İsmayılov (Azərbaycan) – Maqomed Omarov (Rusiya) İsmayılov döyüşü dam etdirə bilməyib

20. Sergey Kuzmin (Rusiya) – Mixail Baksidze (Gürcüstan) Baksidze rinqə çıxmaqdan imtina edib

Bütün xəbərlər Facebook səhifəmizdə