\"Qalatasaray\" kubokdan əlini üzdü

\"Qalatasaray\" kubokdan əlini üzdü

Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. \"Gənclərbirliyi\" səfərdə \"Bucaspor\"la görüşüb. İlk oyunda 0:2 hesabıyla məğlub olan \"Bucaspor\" doğma meydanda da uduzaraq kubokdan kənarda qalıb. \"Qalatasaray\" isə ilk görüşdə 2:3 yenildiyi \"Qaziantepspor\"la üz-üzə gəlib. Superliqada işləri yaxşı getməyən Hacinin komandası kubokdakı mübarizəsini də dayandırmaq məcburiyyətində qalıb. İki oyunun nəticəsinə görə növbəti mərhələyə \"Qaziantepspor\" adlayıb.

Türkiyə kuboku 1/4 final (cavab oyunları)

2 mart

Bucaspor - Gənclərbirliyi 1:2 (ilk oyun, 0:2)

Qollar: Ali Kuçin, 13 - Zek, 45, Yedinak, 62

Qalatasaray - Qaziantepspor 0:0 (2:3)

3 mart

20:00. Kasımpaşa - İstanbul BB (0:0)

22:00. Qaziantep BB - Beşiktaş (0:5)


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com