Azərbaycanın sərbəst güləşçisi təsəlliverici görüşə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi təsəlliverici görüşə çıxacaq

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

SIA xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 5-ci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqramda mübarizəyə start verilib.

Hüseyn Rzazadə (48 kiloqram) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kiloqram) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kiloqram) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kiloqram) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.

Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə