İlin son oyununda "Sabah" "Sumqayıt"ın qonağı olacaq

Misli Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

SİA-nın məlumatına görə, XVI turun sonuncu matçında "Sabah" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.

Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Misli Premyer Liqası

I dövrə

XVI tur

22 dekabr

19:30. "Sumqayıt" – "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə