Fedor Emelianenkonun kiçik qardaşı həbsdən azad edilib...

...Belqorod vilayətinin Alekseyevski rayon məhkəməsi qarışıq döyüş ustası İvan Emelianenkonun şərti azadlığa buraxılması barədə vəsatəti təmin edib.

SİA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, 37 yaşlı Emelianenko 2024-cü ilin dekabrında 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Döyüşçü qadının müdafiəsinə qalxıb və şifahi münaqişədən sonra rəqibinə bir neçə zərbə endirib.

Zərərçəkmiş ağır bədən xəsarətləri alıb və bunu lentə alıb polisə şikayət edib.

...Onlar onu şərti azadlığa buraxıblar, - deyə hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunur ki, koloniyada qaldığı müddətdə Emelianenko özünü ən yaxşı tərəfdən göstərib: o, işinə vicdanla yanaşıb, kilsədə də olub.

Məhkəmə bütün bu halları nəzərə alaraq onun şərti azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib.

İvan Emelianenko qarışıq döyüş ustaları Aleksandr və Fedor Emelianenkonun kiçik qardaşıdır.

Karyerası ərzində o, MMA və boksda bir neçə döyüş keçirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə