Polad Həşimovun anası xəstəxanaya yerləşdirilib

Polad Həşimovun anası xəstəxanaya yerləşdirilib

Polad Həşimovun Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. SİA Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır: "Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə