Azərbaycan cüdoçusu İspaniya Kubokunda bürünc medal qazanıb

Azərbaycan cüdoçusu İspaniya Kubokunda bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Valensiya şəhərində keçirilmiş İspaniya Kubokunda mükafatçılar sırasına düşüb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

O, yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə