İspaniyanın "Atletiko" komandası 16 ildən sonra La Liqanın açılış matçında məğlub olub. SİA-nın məlumatına görə, paytaxt təmsilçisinin uğurlu seriyasına ötən gün "Espanyol"la matçda son qoyulub.
Madrid klubu son olaraq 2009-cu ildə, çempionatın I turunda "Malaqa"ya uduzub - 0:3.
Qeyd edək ki, "Atletiko" səfərdə gerçəkləşən oyunda "Espanyol"a 1:2 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə