Əfsanəvi Şakil O’Nil qadın basketbolçunun müdafiəsinə qalxıb

Əfsanəvi Şakil O’Nil “Çikaqo Skay”da çıxış edən qadın basketbolçu Eyncel Rizin müdafiəsinə qalxıb. SİA xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb. Dördqat çempion “Off the Record” podkastında görünüb və burada Rizi təhqir edən Robert Qriffin sifətinə yumruq vuracağını bildirib. “Robert, sən mənim qızım Eyncel Riz haqqında daha bir dəfə meymun yazsan, mən sənin üzünə yumruq vuracağam. ANLADIN? Bu kifayətdir. Mən adətən belə şeylər etmirəm, amma bunu dayandır, qardaş. Sənin işin var, podkastın var, mənim Rizimi rahat burax. Məhz mən ona zəng edib dedim ki, sənə cavab verməsin”, – Şakil bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə