Azərbaycanın cüdo millisi 1/8 finalda Almaniya ilə qarşılaşacaq - Dünya çempionatı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək. SİA xəbər verir ki, Azərbaycan millisi 1/8 finada Almaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB