Avropa Liqasının qalibi "Bavariya"nın futbolçusunu birdəfəlik transfer edib

İngiltərənin "Tottenhem" klubu Almaniya təmsilçisi "Bavariya"dan icarəyə götürdüyü Matis Teli birdəfəlik transfer edib. SİA xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədə olacaq. O, iyunun 30-da icarə müddəti bitdikdən sonra yeni sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Matis Tel fevraldan "Tottenhem"də çıxış edir. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə