Türkiyənin "Qalatasaray" klubu yay transfer dönəmində İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı heyətinə qata bilər. SİA xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanı klubları da təcrübəli oyunçunun xidmətindən maraqlıdır. Lakin futbolçu Türkiyədə çıxış etməyə üstünlük verir.
Qeyd edək ki, İlkay Gündoğan 2024/2025 mövsümündə "Mançester Siti"nin heyətində 50 oyuna çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə