İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçi Florian Virtsi rekord məbləğə transfer etməyə hazırlaşır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar 22 yaşlı oyunçu üçün 130-135 milyon avro ödəyəcək.
Futbolçu müqaviləni bağlamaq üçün gələn həftə İngiltərəyə yola düşəcək və orada tibbi müayinədən keçəcək. Virtsin sözləşməsi 5 illik nəzərdə tutulub. Müqavilə bağlandıqdan sonra bu, "Liverpul" tarixinin ən bahalı transferi kimi tarixə düşəcək.
Klubun əvvəlki rekordu 2022-ci ilin yayında, Darvin Nunyesin heyətə qoşulduğu vaxta aiddir. Komanda həmin vaxtı uruqvaylı hücumçu üçün 85 milyon avro ödəyib.
İngiltərə futbolu üçün rekord transfer argentinalı yarımmüdafiəçi Entso Fernandesin 2023-cü ilin qışında 121 milyon avroya "Çelsi"yə transferi olub.
Qeyd edək ki, Florian Virts "Bayer 04"ün heyətində ümumilikdə 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə