“Zirə” iki futbolçusu ilə müqavilənin müddətini uzadıb

“Zirə” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb. Bu barədə SİA-ya Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Klub təcrübəli qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlayıb.

İsmayıl İbrahimli isə “Qarabağ”dan transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə