Bakıda stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər.
Kütləviliyi ilə seçilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-ədək stolüstü tennisçi mübarizəyə qatılıb.
“Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə