Futbol klublarına lisenziyalar təqdim olunub

2025/2026-cı illər lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, AFFA-dan bildirilib ki, mərasimdə mövsümün yekunları, statistik göstəricilər, Klubların Lisenziyalaşdırılması Sistemi üzrə elektron platforma və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə