Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahında keçirilən İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin IX Konfransının (COP9) Bürosunun beşinci rəsmi iclasında iştirak edib. SİA xəbər verir ki, Büro üzvləri təmsil etdikləri regional qrupların nümayəndələri ilə məsləhətləşmələr aparıblar.
Fərid Qayıbov Büroda təmsil etdiyi Mərkəzi və Şərqi Avropa ölkələri qrupunun (Qrup II) nümayəndələri ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə