Məşhur fristayler minifutbol üzrə mundial üçün Bakıya gəlib

Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye Bakıya gəlib. SİA-nın məlumatına görə, 40 yaşlı idmançı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı üçün Azərbaycana səfər edib.

O, bu gün Milli Gimnastika Arenasında turnirin açılış mərasiminə də qatılacaq.

Saat 19:00-da start götürəcək tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Qeyd edək ki, bu gün start götürən yarış iyunun 1-də başa çatacaq. Azərbaycan millisi bu gün, saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə