AFFA baş məşqçini 5, üç futbolçunu 4 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA U-14 Liqasında keçirilən “Neftçi” - “Metak” oyununun 18-ci dəqiqəsində qonaqların baş məşqçisi Vüqar Asəliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
AFFA Gənclər Liqasında baş tutan “Şamaxı” - “Kəpəz” oyununda Gəncə klubunun futbolçusu Amur Yusifov 45-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya olunub.
AFFA U-17 Liqasında keçirilən “Kəpəz” - “Səbail” matçında meydan sahiblərinin futbolçusu Sabir Zeynalov 89-cu dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 matçlıq cəzaya məruz qalıb.
AFFA U-16 Liqasında isə “Neftçi”nin futbolçusu Altun Xancanlı “Zirə” ilə görüşün 66-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə