Minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər.

Britaniyalılar rəqibini 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, daha əvvəl Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan - Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə