AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Region Liqası

III yer uğrunda oyun

22 may

14:00. “Göyəzən” – “Ağstafa Gəncləri”

Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu

Final

17:00. “Şirvan” – “Xankəndi”

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Rəhim Həsənov

Qəbələ şəhər stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə