Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal əldə edib

Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib. SİA Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.

2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə