Azərbaycan Boks Federasiyası (ABF) ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Bu barədə SİA-ya ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Memorandumu ABF-nin baş katibi Nağı Səfərov və akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.

Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə