Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib. Bu barədə SİA-ya Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.
Bu nəticə ilə Viktoriya Sidorenko hesabına 80 reytinq xalı da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə