“Sərhədçi” heyətini iki basketbolçu ilə gücləndirib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda ABŞ-li Jared Bynum və Jozef Alleni heyətinə qatıb. Hər iki oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Jared Bynumun son klubu Slovakia təmsilçisi “Nitra Blue Wings” olub. Jozef Allen isə Tayvan liqasında mübarizə aparan “VantaBlack Draqons”da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə