17 yaşlı rusiyalı Dubayda keçirilən WTA turnirinin qalibi olub

17 yaşlı rusiyalı Dubayda keçirilən WTA turnirinin qalibi olub

Rusiyalı tennisçi Mirra Andreeva Dubayda (BƏƏ) keçirilən Qadınlar Tennis Assosiasiyasının (WTA) turnirinin qalibi olub.

SİA xəbər verir ki, bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.

Danimarkalı Klara Taussonla (dünyanın 38-ci raketkəsi) final görüşü iki setdə 7:6 (6:1), 6:1 hesabı ilə rusiyalının xeyrinə başa çatıb.

Oyun 1 saat 46 dəqiqə davam edib. 17 yaşlı Andreeva üçün bu, onun WTA 1000 turnirində ilk qələbəsi idi.

WTA reytinqində Andreeva hazırda 14-cü pillədə qərarlaşsa da, qələbə sayəsində doqquzuncu yerə yüksələcək.

O, Rusiyanın bir nömrəli tennisçisi olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə