Premyer Liqa: "Mançester Yunayted" növbəti dəfə xal itirib

İngiltərə Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, "Everton" doğma meydanda bu mövsüm istədiyi nəticələri qazana bilməyən "Mançester Yunayted"i qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Everton" 12-ci, 30 xala malik Mançester təmsilçisi isə 15-ci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə