Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Araz-Naxçıvan" turnir cədvəlinin son pilləsində qərarlaşan "Səbail"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran Naxçıvan təmsilçisi 2-ci, Bakı klubu isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Misli Premyer Liqası
XXIV tur
22 fevral
16:00. “Araz-Naxçıvan” – “Səbail” - 0:0
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” – “Sabah”
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, turun açılış oyununda ötən gün "Neftçi" doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə