“Fənərbağça” onu Rusiya nəhənginə icarəyə verdi

"Fənərbağça”nın müdafiəçisi Oqnyen Mimoviç “Zenit”ə keçib. SİA xəbər verir ki, Sankt-Peterburq klubu 20 yaşlı sağ cinah müdafiəçisinin 2024/25 mövsümünün sonuna qədər icarəyə götürülməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Mimoviç “Fənərbaxça”ya yanvarın 31-də “Srvena Zvezda”dan 6,7 milyon avroya transfer olunub (Transfermarktın məlumatına görə). Serb Türkiyə klubunun heyətində meydana çıxmayıb. Mimoviç “Srvena Zvezda” ilə Serbiya çempionu olub, həm də ölkə kubokunu qazanıb.

Ümumilikdə o, Belqrad komandasının heyətində 34 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə