Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib.

Qeyd edək ki, Pevtsov üçüncü dəfə olimpiadada iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə