"Qalatasaray"da Serxio Ramos həyəcanı hökm sürür

"Qalatasaray" bu axşam Çempionlar Liqasına doğru böyük addım atacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki seçmə mərhələni geridə qoyan “Cim Bom” bu axşam “Pley-Off”da “Molde”ni məğlub edərək İstanbula avantajlı hesabla dönməyə çalışacaq.

Sarı-qırmızılar bu turu keçib Çempionlar Liqasının qruplarında qalsa, böyük gəlir əldə edəcək. "Qalatasaray" qruplara qalacağı təqdirdə öz hesabına minimum 25 milyon avro qatacaq.

"Qalatasaray"da bugünkü matç da mühüm transfer üçün kritikdir. Mərkəz xətti üçün transfer siyahıda yer alan Serxio Ramos üçün önəmli addım bugünkü oyundan asılıdır.

İspan müdafiəçinin 2 illik müqavilə üçün təqribən 25 milyon avro tələb etməsindən sonra təxirə salınan Qalatasaray, Molde ilə qarşılaşmada istədiyi nəticəni alsa və tur üçün əhəmiyyətli bir addım atarsa, Ramosla əlaqələri sürətləndirəcək.

Karyerasını Çempionlar Liqasında bir komandada davam etdirmək istəyən 37 yaşlı müdafiəçi rəhbərliyin əlini gücləndirəcək ki, xərci azaltmağa cəhd edə bilsin.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə