Bu çempionatda nəyisə erkən demək çox çətindir. -KEÇMİŞ FUTBOLÇUDAN EKSKLUZİV AÇIQLAMA

"Qətər-2022 Dünya Çempionatında hər şeyi gözləmək olar". Bu sözləri SİA-ya ekskluziv açıqlamasında keçmiş futbolçu Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, bu çempionatda nəyisə erkən demək çox çətindir. Əgər Səudi Ərəbistan millisi Argentina millisinə qalib gəlirsə digər oyunlara nə deməy olar bilinmir. Onuda deyə bilərəm ki, hər şey istəkdən irəli gəlir, biz gördük ki, Ərəbistan millisi necə istəkli idi, necə mübarizə aparırdı bu görüşdə və sonda da oyundan 2-1 hesablı qalib ayrıldı. Ərəbistan millisi 90 dəqiqə yox hətta əlavə dəqiqələri hesablasaq 105 dəqiqəyə yaxın mübarizə apardı və Argentinanın o sıx hüçumuna qarşı gözəl müdafiə olundu və əlinə keçən fürsətləridə boş keçmədi və sonda da allah-təala da onlara qələbəni bəxş etdi. Ona görə də çox çətindi əvvəlcədən nəsə demək. Mənim favorit komandam da Argentinadı. Mən bu çempionatda ümid edirəm ki, onlar qrupdan 4 vəya 6 xalla çıxa biləcəklər və gedə bildikləri yerə qədər irəliləyəcəklər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə