"İqlim dəyişikliyi dünyanın qlobal problemlərinin ən başlıcasıdır". Bu sözləri SİA-ya açıqlamasında Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev deyib.
O qeyd edib ki, iqlim dəyişikliyinə səbəb olan və təkan verən bir çox amil var: "Bu amillər iki qrupa bölünür. Təbii və antropogen amillərə aiddir. İnsan həyatının ətraf mühitinə təsiri ilə iqlim dəyişir. Təbii amillərə qütblərin yerinin dəyişməsi aid edilə bilər. Qütblərin dəyişməsi çox uzun çəkən prosesdir. İsti regionlarda soyuqlaşma, soyuq regionlarda istiləşməsi ilə əlaqəli olan prosesdir. Antropogen amillərə isə atmosferin yuxarı qatlarında ozon təbəqəsinin zədələnməsidir. Bu da qlobal istiləşməyə səbəb olur. Ozon qatını zədələyən iki amil var. Birincisi, kosmosa atılan raketlərdir, ikincisi isə, metan qazının atmosferin yuxarı qatında toplaşmasıdır. Hələ də odun üçün meşələrdən istifadə olunur. Qlobal istiləşmənin qarşısını almaq üçün bioqaz qurğularından istifadə edilməlidir.
İqlim dəyişikliyinə səbəb olan başqa bir proses də səhralaşmanın olmasıdır. Səhralaşma prosesi isə meşə örtüyünün azalması ilə bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB