Darçının faydaları nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Darçın mətbəximizdə tez-tez istifadə olunan ədviyyatlardandır. Xüsusilə südlü şirniyyatların üzərinə bol-bol səpilir". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, həmçinin bir çoxlarımız Türkiyəyə getdikdə, hətta ölkəmizdə türk restoranlarında sevərək içdiyimiz Sahləb içkisinin də vazkeçilməz seçimlərindəndir: "Hər qidada olduğu kimi darçın da düzgün istifadə edildikdə faydaları çoxdur. Xüsusilə qış aylarında soyuqdəyməyə, boğaz ağrılarına və infeksiyalı narahatlıqlara qarşı çox faydalıdır və metobolizmanı gücləndirir.

Darçın qanımızdakı oksigen səviyyəsini artırma xüsusiyyətinə malikdir. Bunun nəticəsində metobolizma güclənir və soyuqdəymədən yaranan xəstəliklərə yaxalanma riskini azaldır.
Pəhriz saxlayanlar da şəkər əvəzinə darçından istifadə edirlər. Qan şəkərini tənzimləyir, qan dövranını artırır. Bu səbəbdən çəki atmağı sürətləndirir.

Meyvələrə, qatıq və südə əlavə edilərək darçın qəbul edilərsə, insanı tox saxlayır. Həzm sistemi üçün də darçın çox faydalıdır. Şişlik, qəbzlik, qaz kimi narahatlıqaların müalicəsində də darçın təbii bir dərman təsiri göstərir və bu kimi narahatlıqların qarşısını alır.

Darçın ağız və diş sağlamlığı baxımından da çox faydalıdır. Xoşa gəlməyən ağız qoxusunun qarşısını almaqda da kömək edir. Son dövrlərdə darçın aromalı diş məcunları daha çox istifadə olunur. Həmçinin antibakerial xüsusiyyətinə görə ağızdakı bakteriların çoxlamasının qarşısını alır. Nəticədə də diş əti narahatlığının qarşısını alır və çürümələrini ləngidir.

Darçın miqdarında və düzgün istifadə edilmədiyi təqdirdə də sağlamlığımıza da zərərləri ola bilər.
Əgər təzyiq kimi narahatlığınız varsa, bu səbəbdən dərman istifadə edirsinizsə, darçından az istifadə edin. Çünki bu dövrlərdə çox darçın istifadə etmək qan şəkərində ani dəyişikliklərə səbəb ola bilər.

Əgər qaraciyəriniz xəstədirsə, darçın istifadəsini həkimlə məsləhət edin. Darçın çayını gündə 1 stəkan içməyiniz tövsiyə olunur. Daha çox orqanizmə zərər verə bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə