Könüllülük mənə hər baxımdan uğur qazandırıb - SORĞU

Ölkəmizdə demək olar ki, bütün sahələrdə könüllülük proqramları həyata keçirilir. Könüllü proqramı gənclərin kariyera və dünyagörüşü baxımından inkişaf etməsini təmin edir. Azərbaycan gəncləri bu gün durmadan irəliləyir və ölkənin iqtisadi, siyasi, sosial həyatında uğur qazanmasına səbəb olur. Bu mövzu ilə əlaqədar SİA olaraq "ASAN" Xidmət könüllüləri arasında sorğu keçirdik.

"ASAN" könüllüsü Sara Məmmədova: "Məndən soruşsalar ki, "ASAN"ı nəyə görə bəyənirsən cavab verərəm ki, "ASAN" ayrı bir dünyadı, o bizə özünə, vaxtına dəyər verməyi və öz qabağına məqsəd qoyub onun arxasına getməyi öyrətdi. Eyni zamanda burada çox gözəl insanlarla tanış oldum. "ASAN" könüllülüyü mənə hər mənada qazandırdı".

"ASAN" könüllüsü İbrahim Cabbarov: "Mən "ASAN"ın "Mədəniyyət çarçısı" lahiyəsinin üzvüyəm. Özüm tar ifaçısıyam. Əsasən "ASAN"da baş verən hər bir tədbirlərdə tar ifa edirəm. Könülülük mənə hər baxımdan uğur qazadırıb. Bütün gənclərə də könüllü olmağı tövsiyyə edirəm".

"ASAN" könüllüsü Günay Cəfiyeva: ""ASAN" bir ailədir. Məndə bu ailənin bir üzvü olduğum üçün çox şanslıyam. Gəncliyimin ən gözəl anlarını "ASAN"la keçirdiyim üçün çox şanslıyam"".

"ASAN" könüllüsü Fidan Məmmədova: "2019-da "ASAN" Xidmətə könüllü fəaliyyəti üçün gəldiyim ilk gündən buranın mənə nələrsə öyrədəcəyin bilirdim və yanılmadım. Dostluqlar, təcrübə, sosial həyat və s. Könüllü fəaliyyətimi bitirəndə də qəlbdən "ASAN" qazandırır" deyə bilərəm".

"ASAN" könüllüsü Səid Rzazadə: "ASAN" mənim üçün çox dəyərlidir. Ora gələndən özümü çox xoşbəxt hiss edirəm. "ASAN" mənə çox gözəl dostlar və dəyərli məlumatlar qazandırdı. Bura mənim üçün çox əziz və dəyərlidi. Yaxşi ki, "ASAN" kimi ailəm var".

"ASAN" könüllüsü Nigar Gülməmmədova: “"ASAN" könüllüsü olmaq” mənim çoxdankı arzum idi. Bu arzumu reallaşdırmaq üçün 3 saylı Bakı "ASAN" Xidmətə CV verdim və heç gözləmədiyim anda uğurlu namizəd seçilib könüllü fəaliyyətimə başladım. İlk iş günüm 15.10.2021 tarixində başladı və mən məhz o gün “ASAN”ın mənə çox şey öyrədəcəyinə inanmışdım. Yanılmadım. "ASAN" Xidmətdə könüllü olasan və əli boş bitirəsən?! Təbii ki, bunlar bir-birinə ziddir. ”ASAN"ın sadəcə ictimai təşkilat olduğunu desək yanılmarıq, ancaq az demiş olarıq. “ASAN” yalnız ictimai təşkilat yeri deyil, eyni zamanda mükəmməl əlaqələrin, illərin dostluqlarının qurulduğu yerdir. Biz artıq könüllülər dəstəsi deyil, bir ailə olmuşuq. Fəaliyyətimin sonunda “ASAN" qazandırır” şüarı ağlıma həkk olundu".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə